logo

“Qətər-2022”: Kosta-Rika dünya çempionatına son vəsiqəni qazandı

11:55 15-06-2022 | icon 1785
“Qətər-2022”: Kosta-Rika dünya çempionatına son vəsiqəni qazandı

Qətərdə keçiriləcək 2022-ci il futbol üzrə dünya çempionatına sonuncu vəsiqənin sahibi müəyyənləşib.

YeniAvropa xəbər verir ki, 32-ci iştirakçı komanda adını Kosta-Rika yığması qazanıb.

Bu ölkə qitələrarası pley-off mərhələsinin final oyununda Yeni Zelandiyanı 1:0 hesabı ilə üstələyib.

Kosta-Rika millisi “Qətər-2022”də İspaniya, Almaniya və Yaponiya ilə birlikdə E qrupuna düşüb.

Qeyd edək ki, "DÇ-2022" 21 noyabr - 18 dekabrda təşkil olunacaq.