logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb

11:33 15-06-2022 | icon 1484
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 87 cinayətin üstü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarılan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən altı yol-nəqliyyat hadisəsi baş verib, nəticədə yeddi nəfər ölüb, beş nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.