logo

Bakı-Quba yolunda ağır avtoqəza: 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

11:05 15-06-2022 | icon 4144
Bakı-Quba yolunda ağır avtoqəza: 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Bakı-Quba yolunda baş verən avtoqəza zamanı iki nəfər ölüb, 4 nəfər xəsarət alıb.

YeniAvropa xəbər verir ki, hadisə yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib. “Nissan” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Xalidə Xəlilzadə və 19 yaşlı Gülbəniz Qaçıyeva ölüb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.