İyunun 25-dən "Bakı–Füzuli" müntəzəm avtobus reysi fəaliyyətə başlayır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad edilmiş ərazilərə sərnişindaşımanın təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının yaradılması ilə bağlı işləri davam etdirir. Qarabağ bölgəsinə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində iyunun 25-dən etibarən Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir.
YeniAvropa xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, daşımaların təhlükəsizliyinin və fasiləsizliyinin təmin edilməsi məqsədilə təyinat məntəqələrinə və yol infrastrukturuna prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları baxış keçiriblər. Marşrut üzrə müvafiq qiymətləndirmə aparılıb, hərəkət sxemi hazırlanıb və dayanacaq yerləri müəyyən olunub. Həmçinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcıların müəyyən olunması üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”na uyğun olaraq, 2022-ci il aprelin 6-da “Bakı – Füzuli – Bakı” şəhərlərarası müntəzəm avtobus marşrutu ilə bağlı müsabiqə elan edib. Müsabiqə mayın 12-də keçirilib və fiziki şəxs Xaliq Rüstəmov komissiya üzvləri tərəfindən qalib elan olunub. Daşıyıcı qismində sərnişindaşıma fəaliyyəti göstərməsi üçün mayın 20-də onunla “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanılıb.
Reyslər həftədə bir dəfə olmaqla, şənbə günləri təşkil ediləcək. İlkin mərhələdə sərnişinlər Merdinli kənd məscidi, Füzuli şəhər mərkəzi və Füzuli Beynəlxalq Hava Limanını ziyarət edə biləcəklər. Növbəti mərhələdə isə İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar Karvansaray kompleksi və Dövlətyarlı kəndinə də (Ağıllı kənd) getmək mümkün olacaq. Dini, mədəni və tarixi abidələri ziyarət edərkən vətəndaşları bələdçilər müşayiət edəcəklər.
Bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar iyunun 17-dən etibarən www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn bilet ala bilərlər.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.
Müəyyən imtiyazlı şəxslərə bu istiqamət üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsi üzvləri və Qarabağ müharibəsi əlilləri aiddir.
Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu üzrə sərnişindaşımanı həyata keçirəcək sürücüləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsizliyinə dair təlimlərə cəlb edib və onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub.
Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürü yerləşdiriləcək.
Daşımaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtobusları Daxili İşlər Nazirliyinin yol-patrul xidməti avtomobillərinin ekipajları müşayiət edəcək. Həmçinin avtobuslarda polis əməkdaşlarının olması da nəzərdə tutulub.
Türkmənistan Azərbaycanla enerji təchizatının şaxələndirilməsini müzakirə edib
Bakıda Əlcəzairin müstəqillik günü qeyd edilib
Nəqliyyat sahəsində Azərbaycan-Gürcüstan əməkdaşlığı müzakirə olunub
Gürcüstan Azərbaycan və Ermənistan deputatlarına Tbilisidə görüş təklif edir
Azərbaycanı Budapeşt "Böyük dəbilqə"sində 11 cüdoçu ilə təmsil olunacaq
Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
Bakıda havanı çirkləndirən restoranlar cərimələnib
Şabranda ağır avtoqəza: 3 nəfər ölüb
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 359 min nəfərə çatır
Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxdu
Azərbaycan qazını Bolqarıstana nəql edən boru kəmərinin istismara verilib
Şahin Mustafayev İranın energetika nazirini qəbul edib
Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
İranın Ali Təhlükəsizlik Şurasının katibi Ermənistana gedir
Xaçmazda 18 yaşlı gənc dənizdə boğulub
İlham Əliyev Ramanada görülən abadlıq işləri ilə tanış olub
İlham Əliyev Ramanada görülən abadlıq işləri ilə tanış olub
Milli Məclisin plenar iclasının gündəliyinə dəyişiklik edilib
İsmayıllıda aşan irigövdəli çinar 3 saat yol bağladı
Bakıda Azərbaycan-İran enerji layihələrinin icrası müzakirə edilib
Sabah Bakıda 33° isti olacaq
“Demokratik.az” saytının baş redaktoru həbs edilib
Britaniya 10 min Ukrayna hərbçisinə təlim keçəcək:İlk qrup artıq Londana gəlib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Azərbaycan nefti 117,72 dollara satılır