QHT Agentliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi Bəyannamə imzalayıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında Dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyinin icrasında əməkdaşlığa dair birgə bəyannamə imzalanıb.
Agentliyin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, sənədi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva imzalayıb.
Bəyannaməyə əsasən, QHT Agentliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi Dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyinin təşviqi və icrası üçün QHT-lərin səfərbər olunması, regionlarında yerləşən təşkilatların institusional potensialının artırılması, QHT-lərin texniki və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və digər sahələrdə əməkdaşlıq edəcək. Bundan başqa, tərəflər QHT-lərin ölkədə aparılan bərpa, yenidənqurma və sülh quruculuğu, eləcə də məcburi köçkünlərin münaqişədən sonra Azərbaycanın rayonlarına təhlükəsiz və könüllü qayıdışı təşəbbüslərində iştirakı üçün şəraitin yaradılmasına çalışacaq.
Tədbirdə çıxış edən icraçı direktor Aygün Əliyeva bildirib ki, imzalanmış bəyannamə çərçivəsində QHT Agentliyi və BMT qeyri-hökumət təşkilatlarının hesabatlılığı və şəffaflığının artırılması, Azərbaycanda QHT sektorunu dəstəkləmək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin institusional potensialının gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcək. Eyni zamanda, Tərəflərin Dayanıqlı İnkişaf Məqsədlərinə və Azərbaycan Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafın milli prioritetləri”nə nail olunmasını dəstəkləmək məqsədilə strateji əməkdaşlığa, habelə ümumi maraq kəsb edən əsas sahələrlə yanaşı, COVID-19-dan sonrakı dövrdə bərpa işlərində nailiyyətləri və dayanıqlılığı davam etmək üçün sənədin gələcəkdə effektiv nəticə verəcəyinə inanır, bu istiqamətdə Agentliyin üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyimizi əmin edirik.
BMT ilə Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin icrasında qeyri-hökumət təşkilatlarının önəmli rol oynadığını qeyd edən rezident əlaqələndirici Vladanka Andreeva imzalanmış bəyannamə sayəsində BMT-nin Azərbaycandakı nümayəndəliyi və QHT Agentliyi arasında yeni tərəfdaşlıq dönəmini başladığını vurğulayıb. Xanım Andreeva birgə fəaliyyəti konkretləşdirmək və iş planının hazırlanması üçün hər iki qurumun təmsilçilərindən ibarət işçi qrupu yaradılacağını bildirib.
Türkmənistan Azərbaycanla enerji təchizatının şaxələndirilməsini müzakirə edib
Bakıda Əlcəzairin müstəqillik günü qeyd edilib
Nəqliyyat sahəsində Azərbaycan-Gürcüstan əməkdaşlığı müzakirə olunub
Gürcüstan Azərbaycan və Ermənistan deputatlarına Tbilisidə görüş təklif edir
Azərbaycanı Budapeşt "Böyük dəbilqə"sində 11 cüdoçu ilə təmsil olunacaq
Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
Bakıda havanı çirkləndirən restoranlar cərimələnib
Şabranda ağır avtoqəza: 3 nəfər ölüb
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 359 min nəfərə çatır
Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxdu
Azərbaycan qazını Bolqarıstana nəql edən boru kəmərinin istismara verilib
Şahin Mustafayev İranın energetika nazirini qəbul edib
Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
İranın Ali Təhlükəsizlik Şurasının katibi Ermənistana gedir
Xaçmazda 18 yaşlı gənc dənizdə boğulub
İlham Əliyev Ramanada görülən abadlıq işləri ilə tanış olub
İlham Əliyev Ramanada görülən abadlıq işləri ilə tanış olub
Milli Məclisin plenar iclasının gündəliyinə dəyişiklik edilib
İsmayıllıda aşan irigövdəli çinar 3 saat yol bağladı
Bakıda Azərbaycan-İran enerji layihələrinin icrası müzakirə edilib
Sabah Bakıda 33° isti olacaq
“Demokratik.az” saytının baş redaktoru həbs edilib
Britaniya 10 min Ukrayna hərbçisinə təlim keçəcək:İlk qrup artıq Londana gəlib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Azərbaycan nefti 117,72 dollara satılır