logo

Azərbaycanda daha 19 nəfər koronavirusa yoluxdu

16:36 14-06-2022 | icon 3318
Azərbaycanda daha 19 nəfər koronavirusa yoluxdu

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 19 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 903 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 103 nəfər müalicə olunaraq sağalıb, 9 min 715 nəfər vəfat edib. Aktiv xəstə sayı 85 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 217, bu günə qədər isə ümumilikdə 6 milyon 926 min 715 test icra olunub.