logo

Tofiq Mirzəyev 90 yaşını "xalq artisti" fəxri ad və "Şöhrət" ordeni ilə qeyd edir

14:35 14-06-2022 | icon 14896
Tofiq Mirzəyev 90 yaşını "xalq artisti" fəxri ad və "Şöhrət" ordeni ilə qeyd edir

Prezident İlham Əliyev iyunun 14-də istedadlı kino aktyoru Tofiq Mirzəyevin fəxri ad və ordenlə təltif edilməsi haqda sərəncamlar imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin imzaladığı birinci sərəncamla Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib.

Digər bir sərəncamla isə Azərbaycan kinematoqrafiyasının inkişafında səmərəli fəaliyyətinə görə Tofiq Mirzəyev “Şöhrət” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, Tofiq İbrahim oğlu Mirzəyev 16 iyun 1932 -ci ildə Gədəbəydə anadan olub. 40-dan artıq filmdə yaddaqalan obrazlar yaradıb. 1976-ci ildə Azərbaycan SSR əməkdar artisti fəxri adına layiq görülüb. 

Onun iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Onlar arasında "Uşaqlığın son gecəsi", "Nəsimi", "Təhminə", "O qızı tapın", "İstintaq" və başqa filmləri sadalamaq olar. İstedadlı aktyor "Mosfilm" və "Dovjenko" studiyalarında da filmlərə çəkilib.

Tofiq Mirzəyev hazırda İsraildə yaşayır və ictimai fəaliyyətlə məşğul olur. Aktyor burada fəaliyyət göstərən Hayfa-Bakı cəmiyyətinin üzvüdür. o, yazıçı Anar ilə bacanaqdır. Aktyorun Teymur adlı oğlu var.