logo

Minifutbol yığmamızın Avropa çempionluğu bulvarda konsertlə qeyd olunacaq

13:53 14-06-2022 | icon 14252
Minifutbol yığmamızın Avropa çempionluğu bulvarda konsertlə qeyd olunacaq

Minifutbol üzrə Azərbaycan milli komandasının Slovakiyanın Koşitse şəhərindəki Avropa çempionatında kubok qazanması münasibətilə konsert proqramı təşkil olunacaq.

YeniAvropa xəbər verir ki, iyunun 15-də Bakı bulvarının ərazisində (Zəfər parkı ilə üzbəüz) keçiriləcək tədbir saat 19.00-da başlanacaq və mobil operator "Nar"ın dəstəyi ilə baş tutacaq. 

Konsertin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Minifutbol Federasiyası, “Azfar Group” və “Zirə” Peşəkar Futbol Klubudur. 

Konsert proqramında rəsmi şəxslər və minifutbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev çıxış edəcək, xüsusi avtobusla kubok tamaşaçılara təqdim olunacaq, müğənnilər Zülfiyyə Xanbabayeva, Miri Yusif və Səmra mahnılar səsləndirəcəklər. 

Futbol azərkeşləri və şəhər sakinlərini konsert proqramına dəvətlidir.

Qeyd edək ki, Azərbaycan yığması tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 qalib gələrək qızıl medalların sahibi olub.