logo

Həbsxanaya mərci və düyünün içində naarkotika keçirmək istədilər

12:32 14-06-2022 | icon 1638
Həbsxanaya mərci və düyünün içində naarkotika keçirmək istədilər

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.1-ci; 234.4.3-cü; 317-2.1-ci; 317-2.2-ci; 66.3-cü və 67.1-ci maddələri ilə təqsirli bilinərək iki il altı ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Pərvin Xanməd oğlu Həşimov ilə qısamüddətli görüşə gəlmiş qohumu Ucar rayon sakini Mehman Əmiraslan oğlu Həsənov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı oradakı sellofan paketdəki mərcinin içərisində səpilərək xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,557 qram olan narkotik maddə heroin və digər sellofan paketdəki düyünün içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,046 qram olan psixotrop maddə metamfetamin aşkarlanıb.