“Azərbaycanla Ermənistanın delimitasiya və sərhədlərin təhlükəsizliyi üzrə milli komisiyası Qarabağla əlaqədar deyil”.
YeniAvropa xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Al-Jazeera”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı ilə İrəvan arasında biri delimitasiya üzrə olmaqla müxtəlif formatda ünsiyyət var: “Ermənistan-Azərbaycan dialoqunun ikinci istiqaməti tərəflər arasında münasibtələrin normallaşmasıdır. Danışıqların üçüncü istiqaməti də var. Bu, regional nəqliyyat və iqtisadi kommunikasiyanın blokdan çıxarılmasıdır”.