logo

Sabah Şuşa Bəyannamənin ildönümü təntənəli şəkildə qeyd ediləcək

11:44 14-06-2022 | icon 1890
Sabah Şuşa Bəyannamənin ildönümü təntənəli şəkildə qeyd ediləcək

İyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə tədbir keçiriləcək.

YeniAvropa xəbər verir ki, toplantıda Azərbaycan parlamentinin deputatları, Türkiyənin dövlət rəsmiləri, hər iki ölkənin partiya nümayəndələri iştirak edəcək.

Tədbirə Türkiyə tərəfindən sabiq baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım, kənd təsərrüfat və meşəçilik naziri Vahit Kirişçi, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibi İsmail Büyükataman qatılacaq.