4 güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazanıb
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı start götürüb.
YeniAvropa xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşçiləri 5 çəki dərəcəsində mübarizəyə başlayıblar. Təmsilçilərimizdən Elvin İbadov (48 kq) təsnifat mərhələsində rumıniyalı Alberto Marian Enaçeskuya tam üstünlüklə qalib gəlib (8:0), 1/4 finalda türkiyəli Ali Sümbüllə görüşü də vaxtından əvvəl öz xeyrinə yekunlaşdırıb - 13:4. O, yarımfinalda macar Levente Fiqeylə gərgin keçən qarşılaşmadan da qalib ayrılaraq (2:1) finala yüksəlib. Güləşçimiz həlledici görüşdə gürcü Vaxtanq Lolua ilə üz-üzə gələcək.
Fəraim Mustafayev (55 kq) 1/8 finalda Mario Andrey Mariuta heç bir şans saxlamayıb - 9:1. O, növbəti görüşlərdə gürcü Saba Surmanidzeni 8:0, ukraynalı Maksim Çubenkonu 9:0 hesabı ilə məğlub edib. F.Mustafayev finalda erməni Hayk Lyudviqyan üzərində də qələbə qazansa, titulunu qoruyacaq.
Seymur Qasımov (65 kq) debütdə bolqar Xristiyan Borislavov İvanovu çətinlik çəkmədən üstələyib - 9:1, rumıniyalı Pavel Marian Alekseni də eyni hesabla məğlub edərək yarımfinala yüksəlib. Macarıstanlı Levante Levayla finala vəsiqə uğrunda mübarizə aparan güləşçimiz rəqibini "tuşe" ilə yolundan kənarlaşdırıb. S.Qasımov son qarşılaşmada yunanıstanlı Arionas Kolitsopulosla qızıl medal uğrunda güləşəcək.
İsmayıl Rzayev (80 kq) isə əvvəlcə xorvat Dominik Qrqiçə 8:1 hesabı ilə qalib gəlib, daha sonra serbiyalı Branko Dukiçi də yolundan kənarlaşdıraraq (5:1) yarımfinala adlayıb. O, finalın bir addımlığında rumıniyalı Nikolaos Qavril İqnateskudan güclü olub - 5:2. İ.Rzayev həlledici qarşılaşmada moldovalı Mihay Qutuyla mübarizə aparacaq.
Nəhayət, Məzahim Mərdanov (110 kq) startda bolqar Maksim Milçev Petrovu (Bolqarıstan) xalçadan məyus yola salıb (3:1), 1/4 finalda erməni Rafayel Tovmasyana "tuşe" ilə qalib gəlsə də, yarımfinalda türkiyəli Cemal Yusuf Bakırla bacarmayıb - 0:8. M.Mərdanov sabah bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Yeqor Jekov (Moldova) - Dimitrios Tanos (Yunanıstan) görüşünün qalibi olacaq.
Qeyd edək ki, bu çəkilərdə medal görüşləri iyunun 14-də Bakı vaxtı ilə 19:00-da başlayacaq.
Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub
Göygöldə ağır avtoqəza: 1 ailənin 4 üzvü öldü
ABŞ və Azərbaycan arasında münasibətlər inkişaf edir-Səfir
Türk dövlətlərinin təhlükəsizlik şuralarının katiblərinin görüşü olub
Türkiyə və Ermənistan normallaşma prosesinə dair bəzi razılıqlara gəliblər
Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd edilib
İranın İslam Şurası Məclisi sədrinin müavini Milli Məclisdə olub
İyulda Bakıda 41°, bəzi bölgələrdə isə 43° isti olacağı proqnozlaşdırılır
Ərdoğan:Finlandiya və İsveçin davranışlarına əsasən geri addım da ata bilərik
Ceyhun Bayramov İordaniya Senatının sədri ilə görüşüb
İran Azərbaycanla sərhədləri bağlamayıb-Səfirlik təkzib etdi
Sinoptiklərdən güclü külək və yağış xəbərdarlığı
Rusiya aviaşirkətlərinə məxsus 77 təyyarə xarici ölkələrdə saxlanılıır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 854 min nəfəri ötür
Azərbaycanda daha 29 nəfər koronavirusa yoluxub
Qurban bayramının tarixi açıqlanıb
Gəncə şəhər Məhkəməsinə sədr, sədr müavini və hakimlər təyin edilib
Bakıda Xəzər dənizinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
39 xəbər saytı MEDİA-dan maliyyə yardımı alacaq
MEDİA 16 qəzetə maliyyə yardımı ayırır
İlham Əliyev bir sıra məhkəmələrə hakimlər təyin edib
Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı orden və medallarla təltif edilib
İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup zabitinə general rütbələri verib
FIFA dünya çempionatında yeni ofsayd aşkarlama sistemindən istifadə edəcək
Meymunçiçəyi üçün testlər gələn həftə Azərbaycana gətiriləcək