logo

Kanadanın baş naziri koronavirusa yoluxub

20:10 13-06-2022 | icon 1806
Kanadanın baş naziri koronavirusa yoluxub

Kanadanın baş naziri Castin Trüdonun COVID-19 testinin cavabı müsbət çıxıb.

YeniAvropa xəbər verir ki, bu barədə  baş nazir özünün "Twitter" hesabında məlumat paylaşıb.

“Mənim COVID-19 testimin nəticəsi müsbət çıxdı” -deyə o, bildirib.

Siyasətçi qeyd edib ki, əvvəllər peyvənd olunduğu üçün özünü yaxşı hiss edir, lakin Səhiyyə Nazirliyinin müvafiq protokolu ilə müəyyən edilmiş qaydada özünü təcrid edib.