logo

Ceyhun Bayramov BMT Baş Assambleyasının prezidentini qəbul edib

14:30 13-06-2022 | icon 1526
Ceyhun Bayramov BMT Baş Assambleyasının prezidentini qəbul edib

Bakıda xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda rəsmi səfərdə olan BMT Baş Assambleyasının prezidenti Abdulla Şahid arasında görüş keçirilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter"  səhifəsində məlumat verilib.

Bildirilib ki, onlar arasında geniş tərkibli görüş də keçirilib.

Xatırladaq ki, BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid Azərbaycanın xarici işlər nazirinin dəvəti ilə Azərbaycana iki günlük rəsmi səfərə gəlib.