logo

Qarpız və çiyələkdən 8 nəfər zəhərlənib

12:59 13-06-2022 | icon 6629
Qarpız və çiyələkdən 8 nəfər zəhərlənib

İyun ayının əvvəlindən 8 nəfər meyvədən zəhərlənmə nəticəsində Bakı şəhər Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə müraciət edib.

YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, qida zəhərlənməsi zamanı ilk şikayətlər mədə nahiyəsində köp, ağrı, ürəkbulanma, qusma, başgicəllənmə və zəifliklə əlaqədar olur. Xəstənin vəziyyəti kəskinləşəndə bədənin hərarəti də yüksəlir və hətta huşunu da itirə bilər.

Həmin halın baş verməməsi üçün yeni alınan meyvənin isti su altında yuyulması məsləhətdir. Meyvələrin qəbulu zamanı qocalar və uşaqlar daha diqqətli olmalıdırlar.

Baş həkim deyib: “Ən çox müraciətlər yeni yetişən çiyələk, qarpızla əlaqədardır, onu tez yetişdirəndə tərkibində nitrat, nitrid, pestisidin çox olması qida zəhərlənməsinə səbəb olur. Zəhərlənmə zamanı dərhal həkimə müraciət edilməli, xəstəyə ilkin tibbi yardım göstərərkən mədə-bağırsaq sistemi yuyulmalı və pəhriz saxlanılmalıdır”.