logo

BMT Baş Assambleyasının prezidenti Şəhidlər xiyabanını ziyarət edib

11:33 13-06-2022 | icon 10080
BMT Baş Assambleyasının prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Birləşmiş Millətlər Təşkilatının(BMT) Baş Assambleyasının prezidenti Abdulla Şahidin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 13-də Şəhidlər xiyabanını ziyarət edib.

YeniAvropa xəbər verir ki, Şəhidlər xiyabanına gələn BMT Baş Assambleyasının prezidenti Abdulla Şahidin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.