logo

ABŞ səfiri azərbaycanlı məşqçiləri təltif edib

15:33 12-06-2022 | icon 1575
ABŞ səfiri azərbaycanlı məşqçiləri təltif edib

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Birləşmiş Ştatlarda iki həftəlik intensiv Beynəlxalq İdman Ziyarətçiləri proqramında iştirakdan sonra Vətənə dönən on üç azərbaycanlı basketbol məşqçini təbrik edib və onları sertifikatlarla təltif edib.

YeniAvropa xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilir ki, Amerikada olarkən məşqçilər gənclər üçün nəzərdə tutulan idman proqramlarının həm meydanda, həm də meydandan kənarda qızlara və gənc qadınlara dəstək verməsi barədə öyrəniblər. Səfər çərçivəsində onlar NCAA Dördlər finalı basketbol oyunlarını izləyiblər. “Dördlər finalı” oyunları 2022-ci ildə Minnesota ştatının Minneapolis şəhərində keçirilmiş qadınların milli universitet çempionatının final mərhələsidir.

Səfir idmanın insanları bir araya gətirməklə və müsbət sosial dəyişikliklər təkan verməkdə öynadığı güclü rolu vurğulayıb.