logo

Sabah Bakıda 29° isti olacaq

13:33 11-06-2022 | icon 1771
Sabah Bakıda 29° isti olacaq

Azərbaycanda iyunun 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21°, gündüz 25-29° isti, Bakıda gecə 19-21°, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək. Nisbi rütubət 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacağı ehtimal edilir.