logo

Cüdoçularım;z açıq Avropa kubokunda mübarizə aparırlar

10:34 11-06-2022 | icon 2366
Cüdoçularım;z açıq Avropa kubokunda mübarizə aparırlar

Bu gün İspaniyanın paytaxtı Madriddə cüdo üzrə açıq Avropa kuboku yarışı start götürüb.

YeniAvropa xəbər verir ki, Azərbaycanı yarışda 13 idmançı təmsil edir. Böyük məşqçilər Elçin İsmayılov və Mehman Əzizovun rəhbərlik etdiyi kişilərdən ibarət milli yığma komandanın heyətində Nazir Talıbov, Rəşxan Baxşəliyev, Rəşad Yelkiyev (60 kq), Tofiq Əliyev (66 kq), Zaməddin Poladov, Nurlan Osmanov (hər ikisi 73 kq), Kərim Məmmədov, Elcan Şəfiyev (hər ikisi 81 kq), Rüfət İsmayılov (90 kq) və İmran Yusifov (+100 kq) mübarizə aparırlar.

Qadınlardan ibarət milli komanda isə yarışa baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi ilə qatılıb. Turnirdə qadın cüdoçularımız Leyla Əliyeva (48 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) güclərini sınayırlar.

Qırx ölkədən 400-dən çox idmançının mübarizə apardığı yarış iki gün davam edəcək.