logo

Rusiya Ümumdünya Turizm Təşkilatından çıxdı

09:43 11-06-2022 | icon 805
Rusiya Ümumdünya Turizm Təşkilatından çıxdı

Rusiya hökuməti Xarici İşlər Nazirliyinin Ümumdünya Turizm Təşkilatından (UNWTO) çıxmaq barədə təklifini dəstəkləyib.

YeniAvropa Rusiya mətbuatına istinadla xəbər verir ki, baş nazir Mixail Mişustin “Rusiya Federasiyasının beynəlxalq müqavilələri haqqında qanuna uyğun olaraq” müvafiq sərəncam imzalayıb.

Moskvanın Ümumdünya Turizm Təşkilatından çıxmaq planları aprelin 27-də məlum olub. Rusiyanın Xarici İşlər Nazirliyi UNWTO-nun rəhbəri Zurab Pololikaşvilinin Avropa İttifaqının dəstəyi ilə Moskvanın təşkilatdakı fəaliyyətini dayandırmaq üçün kampaniya apardığını iddia edib. RF Prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində qərarın ölkədə turizmin inkişafına təsir götərməyəcəyini bildirib.

Xatırladaq ki, aprelin 27-də Ümumdünya Turizm Təşkilatının Baş Assambleyası səs çoxluğu ilə Rusiyanın təşkilatdan çıxarılmasına qərar verib.