logo

“Azəri-Çıraq-Günəşli”dən indiyədək 0,55 milyard tondan çox neft çıxarılıb

16:59 10-06-2022 | icon 2905
“Azəri-Çıraq-Günəşli”dən indiyədək 0,55 milyard tondan çox neft çıxarılıb

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin iyunun 1-dək 591,6 milyon tona yaxın neft(kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, “Azəri-Çıraq-Günəşli”dən 555,3 milyon ton neft, “Şahdəniz”dən isə 36,3 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin iyunun 1-dək 591 milyon ton neft(kondensatla birlikdə) ixraca nəql edilib.