logo

Azərbaycanda daha 16 nəfər koronavirusa yoluxdu,1 nəfər öldü

16:26 10-06-2022 | icon 3045
Azərbaycanda daha 16 nəfər koronavirusa yoluxdu,1 nəfər öldü

Azərbaycanda koronavirus(COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, nətiəsi pozitiv çıxan 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 792 863 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 076 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 72 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 351, bu günə qədər isə ümumilikdə 6 918 939 test icra olunub.