logo

BMT Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvləri seçilib

09:50 10-06-2022 | icon 1001
BMT Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvləri seçilib

BMT Baş Assambleyasında keçirilən səsvermənin nəticələrinə əsasən, beş ölkə - Ekvador, Yaponiya, Malta, Mozambik və İsveçrə Təhlükəsizlik Şurasının müvəqqəti üzvləri seçilib.

YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, yeni seçilən üzvlər 2023-cü il yanvarın 1-dən etibarən fəaliyyətə başlayacaq. Onlar Təhlükəsizlik Şurasında Hindistan, İrlandiya, Keniya, Meksika və Norveçi əvəz edəcək.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 ölkədən - beş daimi və Baş Assambleya tərəfindən iki il müddətinə seçilən on müvəqqəti üzvdən ibarətdir. Daimi üzvlərin - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransanın “veto hüququ” var, yəni onlar qurumun müzakirəyə çıxarmaq istədiyi istənilən qərarı bloklaya bilər.

Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olmaq üçün Baş Assambleyanın ən azı üçdə ikisinin (128 dövlət) dəstəyini qazanmaq lazımdır. Quruma daimi və yeni seçilən üzvlərlə yanaşı, Albaniya, Braziliya, Qabon, Qana və Birləşmiş Ərəb Əmirlikləri də daxildir.