logo

Hikmət Hacıyev BMT Baş Assambleyasının sədri ilə görüşüb

17:57 09-06-2022 | icon 2121
Hikmət Hacıyev BMT Baş Assambleyasının sədri ilə görüşüb

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Millətlər Təşkilatının(BMT) Baş Assambleyasının sədri Abdulla Şahid ilə görüşüb.

YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycanın daim çoxtərəfli diplomatiyanı dəstəklədiyi vurğulanıb və Qoşulmama Hərəkatının sədri kimi bu istiqamətdə gördüyü işlər müzakirə edilib.

Xatırladaq ki, BMT-nin protokol qaydalarına əsasən, rəsmi görüşlərdə BMT-nin və bu təşkilatın rəhbər vəzifəli nümayəndəsinin təmsil etdiyi dövlətin bayraqları qoyulur.