logo

Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxdu

16:10 09-06-2022 | icon 1512
Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxdu

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 15 yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 70 nəfər müalicə olunaraq sağalıb, 9 min 714 nəfər vəfat edib. Aktiv xəstə sayı 63 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1988, bu günə qədər isə ümumilikdə 6 milyon 916 min 588 test icra olunub.