logo

4 rayonda 2 gün qaz olmayacaq

15:15 09-06-2022 | icon 791
4 rayonda 2 gün qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Naxçıvan” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar iyunun 10-da saat 08:00-dan iki gün ərzində təmir işləri başa çatanadək “Kövər” Qaz Paylayıcı Stansiyasından (QPS) qaz təchizatının dayandırılması nəzərdə tutulub. Həmçinin həmin gün saat 09:00-dan etibarən iki gün ərzində təmir işləri başa çatanadək “Bərdə, “Kətəlparaq”, “Tərtər”, “Azadqaraqoyunlu” QPS-lərdən və “Bərdə” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır. İyunun 11-də işin gedişindən asılı olaraq “Ağcabədi” QPS-dən qidalanan Ağcabədi rayonunda təbii qazla təmin olunan əhali və sənaye qrup istehlakçılarının qaz təchizatında müvəqqəti məhdudiyyətin yaranması ehtimalı mövcuddur.

“Azəriqaz” İstehsalat Birliyindən YeniAvropa-ya bildirilib ki, təmir işləri aparılan müddətdə Tərtər rayonunun qaz təchizatında tam olaraq, Bərdə, Ağdam və Yevlax rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.