logo

İlham Əliyev Saatlıda  yol tikintisinə 1 milyon manat ayırdı

14:14 09-06-2022 | icon 1918
İlham Əliyev Saatlıda  yol tikintisinə 1 milyon manat ayırdı

Prezident İlham Əliyev iyunun 9-da " Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: " Dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,0(bir) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın".