logo

Səfir: ABŞ regionda davamlı sülhün təmin olunmasına kömək etməyə hazırdır

13:33 09-06-2022 | icon 1792
Səfir: ABŞ regionda davamlı sülhün təmin olunmasına kömək etməyə hazırdır

ABŞ Azərbaycanda və Cənubi Qafqazda dinc və firavan gələcəyin təmin edilməsini öz öhdəliyinə götürüb.

YeniAvropa xəbər verir ki, bu sözləri iyunun 9-da jurnalistlərlə keçirilən dəyirmi masada ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger söyləyib.

“ABŞ ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə regionda uzun, davamlı sülhün təmin olunmasına kömək göstərməyə hazırdır. Regionun bütün ölkələri arasında kommunikasiyaların açılması çox vacibdir”, - deyə səfir qeyd edib.

Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ-a vacib səfərinin baş tutduğunu bildirən diplomat səfər zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşdırılmasında ABŞ-ın oynadığı rolun müzakirə olunduğunu da diqqətə çatdırıb.