logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

09:49 09-06-2022 | icon 1456
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 62 cinayətin üstü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 54 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.