logo

Bu gün lisey və gimnaziyalara şagird qəbulu yekunlaşır

09:09 09-06-2022 | icon 4697
Bu gün lisey və gimnaziyalara şagird qəbulu yekunlaşır

Bu gün lisey və gimnaziyalara 2022-2023-cü tədris ili üçün şagird qəbulu prosesi yekunlaşır.

 YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün ərizə qəbulu sy.edu.az portalı üzərindən iyunun 9-u saat 17:00-dək aparılacaq. Valideynlər qeyd edilən portal üzərindən övladının “Şəxsi kabinet”i vasitəsilə lisey və gimnaziyalara qəbul üzrə təqdim olunmuş 3 müxtəlif seçimdən “Mərkəzləşdirilmiş imtahana qeydiyyat” bölməsini seçməklə ərizəni təqdim etməlidirlər. Qeydiyyat zamanı valideynlər onlara daha yaxın və uyğun olan imtahan mərkəzini (binasını) seçmə imkanına malikdirlər. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak edəcək, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparacaqlar. İmtahan zamanı şagirdlərə Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, riyazi məntiq biliklərinin yoxlanılması məqsədilə tapşırıqlar təqdim ediləcək.

Lisey və gimnaziyalara siniflər üzrə imtahan tarixləri aşağıdakı kimidir:

• 17 iyun - V siniflərə qəbul (hazırda IV sinifdə oxuyanlar üçün);

• 18 iyun - VI siniflərə qəbul (hazırda V sinifdə oxuyanlar üçün);

• 19 iyun - VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün);

• 20 iyun - VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün).