logo

Şirvandakı poliqonda minaatan partlayıb, yaralanan var

22:12 08-06-2022 | icon 1575
Şirvandakı poliqonda minaatan partlayıb, yaralanan var

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz Zavodu” MMC-nin poliqonunda 60 mm-lik minaatan partlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

"Partlayış zamanı bir nəfər - Almazov Razi əlindən və bud nayihəsindən xəsarət alıb. Şirvan şəhər xəstəxanasından həkimlər həyati təhlükəsinin olmadığını bildiriblər", -deyə  məlumatda qeyd edilib.