logo

Azərbaycan və Qırğızıstan müdafiə nazirlərinin görüşü keçirilib

21:51 08-06-2022 | icon 1589
Azərbaycan və Qırğızıstan müdafiə nazirlərinin görüşü keçirilib

İyunun 8-də İzmir şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov arasında ikitərəfli formatda görüş keçirilib.

Müdafiə Nazirliyindən YeniAvropa-ya bildirilib ki,görüşdə ölkələrimiz arasında hərbi, hərbi-təhsil və qarşılıqlı əməkdaşlığın müxtəlif sahələri, eləcə də maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.