logo

Zakir Həsənov İzmirdə Hulusi Akarla görüşüb

19:49 08-06-2022 | icon 1533
Zakir Həsənov İzmirdə Hulusi Akarla görüşüb

Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə "Efes-2022" beynəlxalq təlimini izləmək üçün qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 8-də İzmir şəhərində türkiyəli həmkarı ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.Qeyd edilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti vurğulanıb.