Azərbaycan-Çili parlament əlaqələri müzakirə edilib
İyunun 8-də Milli Məclisin sədri Sahibə Qafarova Çili Respublikasının ölkəmizdəki səfiri Rodriqo Arkos ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, səfiri Milli Məclisdə salamlamaqdan məmnunluq duyduğunu deyən Sahibə Qafarova Azərbaycanla Çili arasında diplomatik əlaqələrdən, münasibətlərimizin hazırkı vəziyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycan və Çili ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Həmçinin bildirilib ki, hər iki ölkə Qoşulmama Hərəkatının üzvləridir və bu, əməkdaşlıq üçün vacib platformadır.
Milli Məclisin sədri deyib ki, parlamentlərarası münasibətlər ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin mühüm tərkib hissələrindən biridir. Sahibə Qafarova Çili Milli Konqresinin Senatında Azərbaycan parlamenti ilə dostluq qrupunun fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu bildirib. Yeni seçilmiş Deputatlar Palatasında da belə bir qrupun formalaşacağına inamını ifadə edib.
Parlamentin spikeri qarşılıqlı təmasların, səfərlərin məlumatlılığının artırılması, xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından əhəmiyyətindən danışıb, Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib.
Görüşdə 44 günlük Vətən müharibəsindən danışan Sahibə Qafarova Azərbaycanın sülh və sabitliyin tərəfdarı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın Vətən müharibəsində Qələbəsi ilə regionda yeni reallıqlar yaranıb. İnanırıq ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirəcək və tezliklə iki ölkə arasında sülh sazişi imzalanacaqdır. Sülh sazişinin imzalanması bütün region ölkələrinin inkişafı baxımından əhəmiyyətli olacaq.
Çilinin ölkəmizdəki səfiri Rodriqo Arkos ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. O, bu baxımdan bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olacağını qeyd edib. Səfir ölkəsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəklədiyini diqqətə çatdırıb.
Söhbət zamanı parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi və yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub
Göygöldə ağır avtoqəza: 1 ailənin 4 üzvü öldü
ABŞ və Azərbaycan arasında münasibətlər inkişaf edir-Səfir
Türk dövlətlərinin təhlükəsizlik şuralarının katiblərinin görüşü olub
Türkiyə və Ermənistan normallaşma prosesinə dair bəzi razılıqlara gəliblər
Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd edilib
İranın İslam Şurası Məclisi sədrinin müavini Milli Məclisdə olub
İyulda Bakıda 41°, bəzi bölgələrdə isə 43° isti olacağı proqnozlaşdırılır
Ərdoğan:Finlandiya və İsveçin davranışlarına əsasən geri addım da ata bilərik
Ceyhun Bayramov İordaniya Senatının sədri ilə görüşüb
İran Azərbaycanla sərhədləri bağlamayıb-Səfirlik təkzib etdi
Sinoptiklərdən güclü külək və yağış xəbərdarlığı
Rusiya aviaşirkətlərinə məxsus 77 təyyarə xarici ölkələrdə saxlanılıır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 854 min nəfəri ötür
Azərbaycanda daha 29 nəfər koronavirusa yoluxub
Qurban bayramının tarixi açıqlanıb
Gəncə şəhər Məhkəməsinə sədr, sədr müavini və hakimlər təyin edilib
Bakıda Xəzər dənizinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
39 xəbər saytı MEDİA-dan maliyyə yardımı alacaq
MEDİA 16 qəzetə maliyyə yardımı ayırır
İlham Əliyev bir sıra məhkəmələrə hakimlər təyin edib
Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı orden və medallarla təltif edilib
İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup zabitinə general rütbələri verib
FIFA dünya çempionatında yeni ofsayd aşkarlama sistemindən istifadə edəcək
Meymunçiçəyi üçün testlər gələn həftə Azərbaycana gətiriləcək