logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 350 min nəfərə çatır

17:07 08-06-2022 | icon 1603
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 350 min nəfərə çatır

Azərbaycanda son sutkada 1 772 nəfər vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza vaksinlərin sayı 245, ikinci doza vaksinlərin sayı 149 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 234 - dür. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 144 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 737 949, birinci doza peyvəndlərin ümumi sayı 5 349 904, ikinci doza vaksinlərin sayı 4 850 340 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 290 717, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 246 988 olub.