logo

Lavrov Paşinyanla görüşmək üçün Ankaradan Yerevana getdi

16:30 08-06-2022 | icon 1106
Lavrov Paşinyanla görüşmək üçün Ankaradan Yerevana getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda səfərdədir.

YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, S.Lavrov iyunun 8-də Ermənistanın baş naziri Nikol Paşinyan, prezident Vaaqn Xaçaturyan, iyunun 9-da isə xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Görüşdən sonra mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, iyunun 9-da İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı olacaq.

Xatırladaq ki, rusiyalı nazir iyunun 8-də Türkiyədə səfərdə olub, oradan Ermənistana gedib.