logo

Paytaxtda buraxılış siniflərini 58 mindən artıq şagird bitirir

14:54 08-06-2022 | icon 6776
Paytaxtda buraxılış siniflərini 58 mindən artıq şagird bitirir

2021-2022-ci tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin(BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 35 min 100, XI siniflərini 23 min 505, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər bitirir. Paytaxtda 46 min 470 nəfər I sinfi başa vurur.

YeniAvropa xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 470 min 517 şagird təhsil alıb. Həmin ümumi təhsil məktəblərində ümumilikdə 29 115 müəllim fəaliyyət göstərir.

2021-2022-ci tədris ilində paytaxt üzrə 275 ümumi təhsil məktəbində fəaliyyət göstərən 1 070 məktəbəhazırlıq qrupuna 25 min 484 uşaq cəlb olunub.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb, 338 məktəbəqədər təhsil müəssisəsi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.