logo

Sahil, Şıx, Hövsan və Türkan çimərlikləri istifadəyə yararsızdır

12:52 08-06-2022 | icon 644
Sahil, Şıx, Hövsan və Türkan çimərlikləri istifadəyə yararsızdır

Hər il olduğu kimi, bu il də Bakı şəhərinin ərazisində, Abşeron yarımadasında yerləşən çimərliklərdə dövlət sanitariya xidməti orqanı olaraq dəniz suyunun laborator instrumental müayinəsi aparılıb, sahilyanı çimərliklərdə sanitar gigiyenik vəziyyətə baxış keçirilib. Monitorinqlər paytaxtın 7 rayonunu, o cümlədən respublikanın həm cənub, həm də şimal zonasını, həmçinin Sumqayıt şəhərini əhatə edib.

Paytaxt üzrə monitorinqlərin ilkin nəticələrinə görə, vətəndaşların Xəzər və Binəqədi rayonlarının ərazisində yerləşən çimərliklərdən istifadə etməsi daha məqsədəuyğundur.

YeniAvropa xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Şöbə müdirinin sözlərinə görə, Qaradağ rayonundakı Sahil, Səbail rayonundakı Şıx, Suraxanı rayonundakı Hövsan, Xəzər rayonundakı Türkan çimərliklərindən istifadə məqsədəuyğun hesab olunmur: “Monitorinqlərin nəticələrinə görə, həmin çimərliklərdə külli miqdarda bakterioloji çirklənmə mövcuddur. Odur ki, müvafiq qəbul edilmiş qərarlar qüvvədə saxlanılacaq və onların surətləri Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər İcra hakimiyyəti, Bakı şəhər Baş Polis İdarəsi, yerli icra hakimiyyəti orqanları və sahibkarlıq subyektlərinə göndəriləcək”.

Z.Kazımov monitorinqlərin nəticələri haqqında ətraflı məlumatların yaxın günlərdə açıqlanacağını da diqqətə çatdırıb.