Prezident İlham Əliyev iyunun 7-də Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavinlərinin təyin edilməsi haqda sərəncamlar imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Prezidentin imzaladığı birinci sərəncamla Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib.
Digər bir sərəncamla isə Əliyar Qəhrəman oğlu Məmmədyarov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilib.