logo

Bakının bəzi küçə və prospektlərində yeni hərəkət sxemi müəyyən edilib

11:33 08-06-2022 | icon 1477
Bakının bəzi küçə və prospektlərində yeni hərəkət sxemi müəyyən edilib

Bakının bəzi küçə və prospektlərində yeni hərəkət sxemi müəyyən edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib. 

"Sürücülərimizin diqqətinə çatdırmaq istəyirik ki, “Formula 1 Azərbaycan Qran Pri” yarışı ilə əlaqədar paytaxtımızın istiqaməti dəyişdirilmiş və məhdudlaşdırılmış küçə və prospektlərinə yeni hərəkət sxemi müəyyən olunub. Belə ki, Azadlıq prospekti ilə sola, Dilarə Əliyeva, Kövkəb Səfərəliyeva, şəhərdən çıxış istiqaməti təmin edilib. Əlavə olaraq Azadlıq prospekti-Nizami küçəsi ilə sağa, Kövkəb Səfərəliyeva-Yusif Səfərov küçələri ilə də hərəkət müəyyən olunub.Sürücülərdən bu günlərdə xüsusi ilə şəxsi nəqliyyat vasitələri ilə hərəkəti maksimum məhdudlaşdırmağı, daha çox ictimai nəqliyyata üstünlük verməyi xahiş edirik", - deyə  Araz Əsgərli bildirib.