logo

İranda qatar qəzasında ölənlərin sayı 17 nəfərə çatıb

10:58 08-06-2022 | icon 756
İranda qatar qəzasında ölənlərin sayı 17 nəfərə çatıb

İranda baş verən qatar qəzasında ölənlərin sayı 17 nəfərə çatıb.

YeniAvropa  yerli mətbuata istinadla xəbər verir ki, Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarı Tabas şəhəri yaxınlığında relsdən çıxıb. Qəza nəticəsində 10 nəfər yerində, 7 nəfər isə xəstəxanada dünyasını dəyişib. Qatardan çıxarılanlar arasında 50 yaralı olub. Onlardan 20-nin vəziyyəti ağırdır.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

Qəzanın qatarın yolda işləyən ekskavatorla toqquşması səbəbindən baş verdiyi göstərilir.