logo

Hakim partiya Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib

18:20 14-05-2022 | icon 1855
Hakim partiya Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib

Finlandiyanın hakim Sosial Demokratlar Partiyası ölkənin NATO-ya üzvlüyünə razılıq verib.

YeniAvropa xəbər verir ki, məsələ ilə bağlı səsvermədə 53 nəfər lehinə, 5 nəfər əleyhinə səs verib, 2 nəfər isə bitərəf qalıb.

Bununla da Sosial Demokratlar Partiyası tarixi qərar verərək, Finlandiyanın NATO-ya üzvlük üçün müraciət etməsini təsdiqləyib. Sosial-demokratlarla yanaşı, Finlandiyanın digər parlament partiyalarının əksəriyyəti artıq NATO-ya müraciətin tərəfdarı olduqlarını elan ediblər.

Xatırladaq ki, daha əvvəl Finlandiyanın baş naziri Sanna Marin və prezidenti Sauli Niinistö Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı fikri dəstəklədiklərini bildiriblər.

Beləliklə, mayın 15-də Finlandiya hökuməti və prezidenti ölkənin NATO-ya üzv olmaq üçün müraciət etməsi ilə bağlı rəsmi qərar verəcək. Daha sonra bu qərar təsdiqlənməsi üçün parlamentə göndəriləcək.