logo

Bakıda İƏT Parlament Assambleyasının III Ümumi Konfransı keçiriləcək

17:47 14-05-2022 | icon 1512
Bakıda İƏT Parlament Assambleyasının III Ümumi Konfransı keçiriləcək

Mayın 17-də Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının(İƏT PA) Üçüncü Ümumi Konfransı keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, tədbirdə Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edəcəklər.

İştirakçılar əvvəlcə İƏT PA-nın İcraiyyə Şurasının, həmçinin qurumun Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə, Kommunikasiya və əlaqələndirmə üzrə və Qadın, gənclər və mədəni məsələlər üzrə komitələrinin iclasları keçiriləcək.

Milli Məclisin plenar iclas zalında keçiriləcək İƏT PA-nın Üçüncü Ümumi Konfransında “Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunacaq, postpandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılacaq.

Konfrans çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.