logo

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

15:05 14-05-2022 | icon 3143
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Prezident İlham Əliyev mayın 14-də Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Rize-Artvin Hava Limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.