Siyasi dialoq: Ədalət Vəliyev AYP sədri ilə görüşüb
Ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqunun davamı olaraq, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mayın 14-də Azərbaycan Yüksəliş Partiyasının(AYP) sədri Anar Əsədli ilə görüşüb.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, görüş zamanı şöbə müdiri Ədalət Vəliyev vurğulayıb ki, siyasi partiyaların cəmiyyətdə artan nüfuzu Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan köklü siyasi islahatların nəticəsidir. Yeni siyasi konfiqurasiyanın uğurla inkişaf etdirilməsi, iqtidar-müxalifət dialoqunun təşviqi bu islahatların tərkib hissəsidir.
Qeyd edilib ki, yeni siyasi konfiqurasiyanın və aparılan islahatların strateji hədəfləri ölkədə dayanıqlı demokratik ənənələrin dərinləşməsi, cəmiyyətin inkişafı naminə iqtidar-müxalifət münasibətlərinin konstruktiv əməkdaşlıq formatına transformasiyasıdır. Siyasi partiyaların cəmiyyətin siyasi həyatında vacib rol oynadığını vurğulayan Administrasiya rəsmisi qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün siyasi partiyalar beynəlxalq əlaqələrini inkişaf etdirməlidirlər.
Siyasi partiyalar arasında sağlam münasibətlər mühitinin yaradılmasının vacibliyini vurğulayan şöbə müdiri bildirib ki, Vətən müharibəsi dövründə əldə edilmiş siyasi həmrəylik, siyasi partiyaların Ali Baş Komandan, prezident İlham Əliyevin yanında olmasının, bununla bağlı birgə bəyanat və müraciətlər imzalamasının iqtidar-müxalifət dialoqunun nə qədər önəmli olmasını bir daha sübut edib.
Həmçinin İkinci Qarabağ müharibəsi, Qələbə və yeni siyasi reallıqlar mövzusunda aparılan müzakirələr zamanı regionda sülhün möhkəmləndirilməsi, işğal nəticəsində Azərbaycana dəymiş ziyanın kompensasiyası, Ermənistanın mina xəritələrini təqdim etməməsi, Qarabağda maddi-mədəni irs nümunələrinin bərpası, Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarının inkişafı barədə söhbət aparılıb.
Şöbə müdiri siyasi sabitliyin əhəmiyyəti barədə danışaraq bildirib ki, radikal siyasi meyillər dövlətçiliyə olan təhdid kimi qiymətləndirilməlidir. Bu səbəbdən hər bir siyasi partiya buna qarşı mübarizə aparmalı və cəmiyyətin ümumi inkişafına öz töhfəsini verməlidir.
Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli ölkəmizdə aparılan siyasi islahatları yüksək qiymətləndirib. Siyasi partiyaların fəaliyyəti üçün bütün imkanların dövlət tərəfindən təmin edildiyi bildirilib. Qeyd olunub ki, məhz bu səbəbdən, yeni qeydiyyatdan keçmiş Azərbaycan Yüksəliş Partiyası öz siyasi fəaliyyətini uğurla apara bilir.
Partiya sədri qeyd edib ki, yeni siyasi konfiqurasiyanın inkişafı, ölkədə sağlam siyasi mədəniyyətin yaradılması, iqtidar-müxalifət dialoqunun aparılması ölkəmizdə güclü siyasi sistemin yaradılmasına dəlalət edir. Bu səbəbdən Azərbaycan Yüksəliş Partiyası həmin istiqamətdə sağlam münasibətlərin qurulmasında maraqlıdır.
Sonda Anar Əsədli dövlət qeydiyyatına alınmış ən gənc partiya kimi qəbul edilməsinə görə təşəkkürünü bildirib.
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Litva prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 344 min nəfəri ötür
Azərbaycanda daha 7 nəfər koronavirusa yoluxub
Sabah İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün birgə müraciət edəcəklər
Azərbaycanda əhalinin sayı 10 milyon 167 min nəfəri ötüb
İƏT PA-nın Bakı Bəyannaməsi imzalanıb
Yaxın gələcəkdə Əliyev-Putin-Paşinyan görüşü keçirilə bilər
Sabah dumana görə bəzi yollarda görmə məsafəsi azalacaq
Peskov: “Rusiyanın mövcudluğu Qərbi qıcıqlandırır”
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Azərbaycana keçib
20 min manatdan çox pulu mənimsəyən “Azərpoçt”un filial müdirinə cinayət işi açılıb
“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu” keçirilir
Böyük Britaniya səfirliyi Azərbaycanın daxili işlərinə müdaxilə edir-DİN
Bakıda İƏT Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilir
Siyasi dialoq: Ədalət Vəliyev ANAP sədri ilə görüşüb
Zelenski azərbaycanəsilli komandirə “Ukrayna Qəhrəmanı” fəxri adı verdi
Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin görüşü olacaq
Şəmkirdə Vergi Xidməti əməkdaşlarını döyənlər həbs edilib
Sabah Bakıda 24° isti olacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Fərid Hacıyev Milli Məclis Aparatının yeni rəhbəri təyin olunub
İlham Əliyev İsrailin kənd təsərrüfatı nazirini qəbul edib
Ermənistanda keçirilən etiraz aksiyaları zamanı 280 nəfər saxlanılıb
İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib