logo

Ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

13:53 14-05-2022 | icon 2954
Ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.