Azərbaycana qarşı aparılan dezinformasiya bu gün də davam edir-Hikmət Hacıyev
2021-ci il Türk Dövlətləri Təşkilatının tarixində çox mühüm və əhəmiyyətli il olub. Çünki İstanbul Sammitində təşkilatımız məhz Türk Dövlətləri Təşkilatı adı altında təsis edildi. Həmin Sammitdə “Türk dünyasına baxış 2040” sənədi qəbul edildi ki, burada digər sahələrdə olduğu kimi, media və informasiya sahəsində də ölkələrimiz arasında əməkdaşlıqla qarşıya çox ciddi vəzifələr və tapşırıqlar qoyuldu.
YeniAvropa xəbər verir ki, bu fikirləri prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısında çıxışı zamanı bildirib.
Media sahəsi üzrə birgə işlərin daha sistemli və koordinasiyalı şəkildə aparılması üçün təşkilat daxilində yaradılan qrupun üzv ölkələr arasında birgə fəaliyyətin təkmilləşdirilməsinə dəstək verəcəyini vurğulayan H.Hacıyev deyib ki, xüsusilə 2019-cu ildə VII Bakı Sammitində liderlərimiz tərəfindən qəbul edilən qərarlarla media, televiziya kimi sahələr üzrə əməkdaşlıq qarşımıza məqsəd kimi qoyulub. Türk dünyası olaraq bugünkü toplantıda çox mühüm məsələləri müzakirə etdik.
Türk Dövlətləri Təşkilatına uğurlu sədrlik etdiyi üçün Türkiyə dövlətinə minnətdarlığını bildirən Prezidentin köməkçisi keçən il keçirilən media forumunu xatırladaraq, o görüşün ölkələrimiz arasında media sahəsi üzrə təkcə rəhbər şəxslərin görüşü deyil, eyni zamanda, qurumlar arasında əməkdaşlıq baxımından da səmərəli olduğunu bildirib.
Liderlərimiz tərəfindən qarşımıza qoyulan məqsədlərin, sadəcə, əməkdaşlığa deyil, xalqlarımızın mənəvi yaxınlaşmasına da töhfə verdiyini deyən Hikmət Hacıyev ölkələrimizə qarşı aparılan dezinformasiya və saxta xəbər təbliğatlarının bu gün də davam etdiyini deyib.
“Azərbaycanın müstəqilliyinin ilk günlərindən biz bu kimi hücumlara məruz qalmışıq. Xüsusilə 44 günlük Qarabağ müharibəsində biz hibrid, psixoloji müharibənin bütün elementləri ilə üz-üzə qaldıq.
Bütün digər sahələrdə olduğu kimi, Azərbaycan və türk mediasının birgə fəaliyyəti, birgə səylər sayəsində haqq və ədaləti dünyaya çatdırmağa nail olduq”, - deyə prezidentin köməkçisi qeyd edib.
QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklik təklif edilib
Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu hər il keçiriləcək
Bu gün Biləsuvar, Balakən və Şəmkirdə qaz olmayacaq
İlham Əliyev Türkiyənin kənd təsərrüfatı nazirini qəbul edib
Bu gün bir sıra yaşayış massivlərində su olmayacaq
Bakıda multikultural perspektivlərlə bağlı beynəlxalq konfrans keçirilir
Taekvondoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar
Azərbaycan nefti 118,42 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
Bakıda yaşayış binasında yanğın olub
Litva prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
İlham Əliyev: Aİ, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir
Bakı metrosunun qatarında ləngimə yaranıb
Gitanas Nauseda: Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır
Ceyhun Bayramov TÜRKSOY-un baş katibi ilə görüşüb
Bakıda Azərbaycan-İsrail biznes-forumu keçirilib
İlham Əliyev: Litva ilə Azərbaycan uzun illərdir strateji tərəfdaşdırlar
Türkiyədə səfərdə olan səhiyyə naziri müalicə alan qazilərimizi ziyarət edib
Əli Əsədov Litva prezidenti Qitanas Nauseda ilə görüşüb
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 845 min nəfəri ötür
Azərbaycanda daha 5 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Fransa Rusiyanın 41 diplomatını ölkədən qovub
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti daha bir ay uzadılacaq
Sinoptiklərdən Bakıda güclü külək və yağış xəbərdarlığı
İSESKO-nun baş direktoru Azərbaycana səfərə gəlib