Sabah 14 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
Dövlət İmtahan Mərkəzi(DİM) mayın 15-də 15 şəhər və rayonda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.
YeniAvropa xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, mayın 15-də:
- əvvəlki illərin məzunları 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları əlavə xarici dil imtahanı;
- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları əlavə tədris dili imtahanı;
- aprel-may aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri buraxılış imtahanı;
- eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər buraxılış imtahanı;
- buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları buraxılış imtahanı verəcəklər.
Bu imtahanlarda iştirak edəcək şəxslər buraxılış vərəqəsini DİM-in saytından çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər (şagirdlər) imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanlarda 14 min 112 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanlarda 13 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
Ümumilikdə imtahanların idarə olunmasına 59 ümumi imtahan rəhbəri, 174 imtahan rəhbəri, 1332 nəzarətçi-müəllim, 132 buraxılış rejimi əməkdaşı və 59 bina nümayəndəsi ayrılıb.
İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan Muxtar Respublikasında təşkil ediləcək.
Şamaxıda Türk Dövlətləri Təşkilatı ölkələrinin turizm nazirlərinin toplantısı keçirilir
Arvadını və qonşusunu öldürən şəxsin məhkəməsi başlayır
Bakı Enerji Həftəsində 30 ölkədən 300 yaxın şirkət iştirak edəcək
Yol polisi sürücülərə və paytaxt sakinlərinə müraciət edib
Şamaxı şəhəri “Türk dünyasının turizm paytaxtı” seçilib
İsveç və Finlandiya nümayəndələri NATO-ya üzvlüklə bağlı Türkiyəyə səfərə gəlir
Balakişi Qasımov yenidən "İTV"nin baş direktoru seçilib
Hərbi hissəni özbaşına tərk edərək avtoxuliqanlıq edən əsgərə cinayət işi açılıb-MN
DİN Müsəlman Birliyi Hərəkatının üzvlərinin saxlanılmasına münasibət bildirib
Azərbaycan nefti 122,70 dollara satılır
Robert Levandovski ardıcıl ikinci dəfə “Qızıl buts”a sahib oldu
Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünü alqışlayırıq-Cozep Borrell
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Müdafiə naziri “Qaraheybət” Təlim Mərkəzində olub
Almaniya səfiri Şuşada səfərdədir
Pandemiya dövründə dünyada milyarderlərin sayı 2668 nəfərə çatıb
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
Ərdoğan Yunanıstanın baş nazirini daha tanımır
Sergey Lavrov erməni həmkarına zəng etdi
Tufan səbəbindən Bakıdan Naxçıvan uçan təyyarə geri qayıtdı
Paytaxtın mərkəzi küçələri bu axşamdan "Formula 1"ə görə bağlanır
Şimalı Koreyanın rəhbəri Azərbaycan prezidentini təbrik edib
Əfv Komissiyasında baxılan 600 nəfərin siyahısı prezidentə təqdim olunacaq
Milli Məclisin deputatı AŞ PA-nın komitə iclaslarında iştirak edəcək
Paşinyan da Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiya yaradır