Siyasi dialoq: Ədalət Vəliyev ADMP sədri ilə görüşüb
Mayın 13-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Azərbaycan Demokratik Maarifçilik Partiyasının(ADMP) sədri Elşən Musayev arasında görüş keçirilib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə Ədalət Vəliyev cəmiyyətin inkişafı naminə ölkəmizdə iqtidar-müxalifət əməkdaşlığından söz açıb, dayanıqlı demokratik ənənələrin dərinləşməsində siyasi partiyaların rolunun yüksək olduğunu vurğulayıb. Şöbə müdiri İkinci Qarabağ müharibəsi, Qələbə və yeni siyasi reallıqlar barədə fikirlərini səsləndirib, prezident İlham Əliyevin çıxışından sitat gətirib: “...Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır”.
Görüşdə, həmçinin “Siyasi partiyalar haqqında” qanunun layihəsi üzrə müzakirələr aparılıb. Şöbə müdiri bildirib ki, qanun layihəsi ilə əlaqədar bir sıra siyasi partiyalar tərəfindən təkliflər təqdim olunub. Eyni zamanda, təəssüflə vurğulanıb ki, əksər partiyalar bu məsələdə fəallıq göstərməyiblər.
Elşən Musayev ölkəmizdə aparılan siyasi dialoqu və dialoq çərçivəsində görülmüş işləri yüksək qiymətləndirib, eləcə də radikal müxalifətin cəmiyyətin parçalanmasına xidmət edən sərt ritorikasını tənqid edib. Partiya sədri siyasi partiyaların işğaldan azad olunmuş ərazilərə təşkil olunmuş birgə səfərlərini xatırladaraq, bu cür müsbət təcrübənin davamlı olmasını arzulayıb.
Görüşdə qeyd edilib ki, Azərbaycan Demokratik Maarifçilik Partiyasının da təmsil olunduğu Milli Məclisdə ümumilikdə 10 müxalifət partiyasının yer alması ölkəmizdə demokratik mühitin təzahürüdür. Bu partiyaların nümayəndələrinin ilk dəfə olaraq Milli Məclisin, həmçinin komitə və komissiyalarının rəhbərliyində vəzifə tutması xüsusi vurğulanıb.
Elşən Musayev Regional məsələlər komitəsinin sədr müavini kimi fəaliyyətindən söz açaraq parlamentin son illərdə müxtəlif istiqamətlərdə əldə etdiyi uğurlar, qarşıda duran vəzifələr, eləcə də qanunvericilik hakimiyyətinin icra hakimiyyəti orqanları ilə əməkdaşlığının daha da təkmilləşdirilməsi perspektivləri barədə danışıb.
Ədalət Vəliyev konstruktiv əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Elşən Musayevə və onun sədrlik etdiyi siyasi partiyaya dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir
Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürüb
“Meta” şirkətində təxminən 20 nəfər azərbaycanlı çalışır
Cəlilabadda sabiq məktəb direktorunun məktəməsi başlayır
Sinoptiklərdən güclü külək, şimşək,yağış və qar xəbərdarlığı
Bakıda informasiya texnologiyaları üzrə beynəlxalq konfrans keçiriləcək
ABŞ indiyədək Ukraynaya 113 milyard $ yardım edib
Salyan sakinindən 2,5 kq heroin götürülüb
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunları keçiriləcək
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Sabah Bakıda 18° isti olacaq
Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır