logo

2022-ci ilin ilk Ay tutulması baş verəcək

18:16 13-05-2022 | icon 1834
2022-ci ilin ilk Ay tutulması baş verəcək

Mayın 16-da 2022-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Bu, tam Ay tutulması olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Qeyd edilib ki, tutulma saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.